Metrodan gələn bu səs sərnişinlər arasında böyük narahatlıq doğurub - VİDEO - Admenasi
Sosial

Metrodan gələn bu səs sərnişinlər arasında böyük narahatlıq doğurub – VİDEO

İstanbulun ən sıx nəqliyyat qovşaqlarından biri hesab olunan Şirinevler-Ataköy metro stansiyasında eskalatorlardan gələn yüksək səs sərnişinlərin narazılığına səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gün ərzində minlərlə insanın istifadə etdiyi Ataköy çıxışındakı eskalatorlarda yaranan mexaniki nasazlıq güclü səs-küyə yol açıb.

Sərnişinlər bildirirlər ki, səs-küy həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurur. Ərazi sakinləri və stansiyadan mütəmadi istifadə edən vətəndaşlar problemin aradan qaldırılması üçün dəfələrlə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) və Metro İstanbul qurumuna müraciət etdiklərini deyirlər.

Onların sözlərinə görə, müraciətlərə baxmayaraq indiyədək konkret nəticə əldə olunmayıb. Səs çirkliliyindən şikayət edən sakinlər və sərnişinlər nasazlığın daha ciddi qəza riski yaratmadan tezliklə və əsaslı şəkildə aradan qaldırılmasını tələb edirlər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386319/metrodan-gelen-bu-ses-sernisinler-arasinda-boyuk-narahatliq-dogurub-video

Mənbə: https://sonxeber.az/386319/metrodan-gelen-bu-ses-sernisinler-arasinda-boyuk-narahatliq-dogurub-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button