Maraqli
Messi kimsəsiz adaya kiminlə gedərdi: uşaqlarını kimə etibar etməzdi?

Lionel Messi bu yaxınlarda verdiyi müsahibədə qısa bir sorğuda iştirak edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, Argentina millisinin oyunçularını ən gözlənilməz kateqoriyalarda – yumorla və senzurasız seçib:
• Kiminlə kimsəsiz adasına gedərdiniz? – De Pol
• Gün ərzində “Instagram”ınızı idarə etmək üçün kimə etibar edərdiniz? – Di Mariya
• Uşaqlarınıza baxmaq üçün kimə etibar etməzdiniz? – Emiliano Martines
• Zarafatı ən pis qəbul edən kimdir? – Di Mariya
• Geyimlərə ən çox kim pul xərcləyir? – Otamendi
“Onun geyinmə tərzini bəyənirəm, amma eyni şeyi geyinsəm, axmaq kimi görünəcəyəm”, – Messi qeyd edib.
Mənbə: https://sonxeber.az/384871/messi-kimsesiz-adaya-kiminle-gederdi-usaqlarini-kime-etibar-etmezdi



