Hadise
Masallıda piyada ölümü ilə nəticələnən ağır qəza: Həlak olan qazi atasıdır

Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.
Mənbə: https://sonxeber.az/386170/masallida-piyada-olumu-ile-neticelenen-agir-qeza-helak-olan-qazi-atasidir



