Marketlərdə satılan qazlı içkilərə sidik qarışdıran kişinin müdafiəsi şok edib! - Admenasi
Hadise

Marketlərdə satılan qazlı içkilərə sidik qarışdıran kişinin müdafiəsi şok edib!

Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsində baş verən hadisə ictimaiyyətdə ciddi narazılıq doğurub.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, şəhər sakini olan yaşlı bir kişinin təxminən bir il ərzində müxtəlif supermarketlərdə satılan məşhur qazlı içkilərin içinə sidik qatdığı üzə çıxıb.

Məlumata görə, hadisə bir uşağın qazlı içki qəbul etdikdən sonra özünü pis hiss edərək xəstəxanaya aparılması ilə aşkar olunub. Aparılan laboratoriya və istintaq araşdırmaları nəticəsində bəzi mağaza rəflərindəki içkilərin qəsdən çirkləndirildiyi müəyyən edilib.

Polis təhlükəsizlik kameralarının görüntüləri və digər sübutlar əsasında şübhəlini saxlayıb. İstintaq zamanı onun müxtəlif ərazilərdə yerləşən supermarketlərə daxil olaraq şüşələri açdığı, içinə sidik əlavə etdikdən sonra yenidən bağlayaraq rəflərə qaytardığı bildirilib. Bu hərəkətlərin uzun müddət diqqətdən kənarda qaldığı vurğulanır.

Rəsmi qurumlar şübhəlinin “qida təhlükəsizliyini təhlükəyə atma” və “ictimai sağlamlığı riskə məruz qoyma” maddələri ilə məhkəməyə çıxarıldığını açıqlayıb. Hadisədən sonra Honq Konqda qida və içki təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Səlahiyyətlilər istehlakçılara məhsul alarkən qablaşdırmanın bütövlüyünü diqqətlə yoxlamağı tövsiyə ediblər.

Məhkəmə qarşısına çıxarılan Lo ifadəsində bu hərəkətini “zarafat” adlandırıb. Onun vəkili isə bildirib ki, müvəkkili boşandıqdan və təqaüdə çıxdıqdan sonra depressiyaya düşüb. Müdafiə tərəfi əlavə edib ki, keçmiş həyat yoldaşı və oğlunun xaricə köçərək onunla əlaqəni kəsməsi də psixoloji vəziyyətinə mənfi təsir göstərib.

Mənbə: https://sonxeber.az/386493/marketlerde-satilan-qazli-ickilere-sidik-qarisdiran-kisinin-mudafiesi-sok-edib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button