"Mançester Yunayted"dən qovulan Ruben Amorimin hansı klubu idarə edə biləcəyi məlum oldu - Admenasi
Idman

“Mançester Yunayted”dən qovulan Ruben Amorimin hansı klubu idarə edə biləcəyi məlum oldu

Əvvəllər “Sportinq” və “Mançester Yunayted”də çalışmış Ruben Amorim Portuqaliya çempionatına qayıda bilər.

Oxu.Az-ın “talkSPORT” saytına istinadən verdiyi xəbərə görə, onun “Benfika”nın baş məşqçisi vəzifəsinə namizədliyi nəzərdən keçirilir.

“Benfika”nın hazırkı baş məşqçisi Joze Mourinyonun gələcəyi isə qeyri-müəyyən olaraq qalır. Onun müqaviləsində 2026-cı ilin yayında erkən ayrılma ilə bağlı bənd var və əgər Roberto Martinesin mümkün gedişindən sonra Mourinyoya Portuqaliya millisini idarə etmək təklifi gələrsə, bu variant reallaşa bilər.

Mənbə: https://sonxeber.az/384953/mancester-yunaytedden-qovulan-ruben-amorimin-hansi-klubu-idare-ede-bileceyi-melum-oldu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button