"Mançester Siti"nin müdafiəçisinin evi qarət olundu - Admenasi
Idman

“Mançester Siti”nin müdafiəçisinin evi qarət olundu

Portuqaliyalı “Mançester Siti” müdafiəçisi Ruben Diasın evi İngiltərə klubunun Çempionlar Liqasının səkkizinci turunda “Qalatasaray”la 2-0 hesablı oyun zamanı qarət edilib.

Oxu.Az-ın “Çempionat”a istinadən verdiyi məlumata görə, futbolçu həmin vaxt stadionda, birgə yaşadığı sevgilisi, britaniyalı teleaparıcı isə Cənubi Afrika Respublikasında şou çəkilişlərində olub.

Oğrular Olderli Ecdə yerləşən malikanəyə girərək zərgərlik əşyaları, elektronika, geyim və digər qiymətli əşyaları oğurlayıblar.

Yerli polis qarət faktını təsdiqləyib və araşdırmalar davam edir.

Mənbə: https://sonxeber.az/386699/mancester-sitinin-mudafiecisinin-evi-qaret-olundu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button