Maduro ilə xanımı ABŞ-də narkoterrorizm və silahlı cinayətlərdə ittiham edilib - Admenasi
Dunyada

Maduro ilə xanımı ABŞ-də narkoterrorizm və silahlı cinayətlərdə ittiham edilib

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi narkoterrorizmdə ittiham edib.

Bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi “X” sosial şəbəkəsində yazıb.

“Nikolas Maduro və xanımı Siliya Floresə qarşı Nyu-Yorkun Cənub dairəsində ittihamlar irəli sürülüb. Nikolas Maduro ABŞ-yə qarşı narkoterrorizm, kokain idxalı, həmçinin pulemyot və partlayıcı qurğuların saxlanması ilə bağlı sövdələşmədə ittiham olunur”, – o yazıb.

Bondi bildirib ki, Maduro və xanımı tezliklə ABŞ məhkəməsi qarşısına çıxacaqlar.

O, həmçinin “Amerika xalqı adından məsuliyyətə cəlb etməyə nail olma” qətiyyətinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib və saxlanma əməliyyatını həyata keçirən amerikalı hərbçilərin fəaliyyətini yüksək qiymətləndirib.(report)

Mənbə: https://sonxeber.az/384362/maduro-ile-xanimi-abs-de-narkoterrorizm-ve-silahli-cinayetlerde-ittiham-edilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button