Şou biznes xəbərləri
Məsumə Babayevanın qızı: “Anam səhnədə çəkdiyi əziyyətin qarşılığını görmək istəyirdi”

“Anam səhnədə çəkdiyi əziyyətin qarşılığını görmək istəyirdi”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayevanın qızı Ülviyyə Abbasova deyib.
O bildirib ki, anası uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi:
“Anam insult keçirmişdi. Stresdən müxtəlif xəstəliklər tapmışdı. Dünən birdən-birə evdə olarkən havası çatmadı. Otağı havalandırdım, dərman verdim, amma anamı xilas edə bilmədim. 2 ay idi evdə xəstə yatırdı. Ona çox bağlı idim. Arzularını özü ilə apardı. İndi danışmağın mənası yoxdur. Səhnədə çəkdiyi əziyyətin qarşılığını görmək istəyirdi. Amma bu baş vermədi. Xəstə yatarkən sənət dostları onu tək qoymurdular”.



