Məşhur YouTuber iki övladını öldürüb intihar etdi - VİDEO - Admenasi
Hadise

Məşhur YouTuber iki övladını öldürüb intihar etdi – VİDEO

Türkiyənin Adana şəhərində baş verən dəhşətli hadisə ictimaiyyətdə böyük sarsıntı yaradıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, YouTuber kimi tanınan 34 yaşlı Sergen Altunbaş həyat yoldaşının evi tərk etməsindən sonra sarsıntı keçirərək iki azyaşlı övladını öldürüb, daha sonra isə intihar edib.

Hadisə Adananın Sarıçam rayonunun Boynuyoğun məhəlləsində qeydə alınıb. Məlumata görə, G.A. adlı qadın həyat yoldaşı Sergen Altunbaş ilə yaşadığı mübahisədən sonra evi tərk edib. Bundan bir müddət sonra Altunbaş 8 yaşlı qızı Ada və 6 yaşlı oğlu Mertə tapança ilə atəş açaraq onların həyatına son qoyub. Ardınca silahı başına dayayaraq özünü vurub.

Silah səslərini eşidən qonşuların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Evə daxil olan hüquq-mühafizə orqanları və həkimlər ata və iki uşağın qan içində cansız bədənlərini aşkar ediblər. Aparılan ilkin baxış zamanı Sergen Altunbaş, Ada Altunbaş və Mert Altunbaşın hadisə yerində həyatını itirdiyi müəyyən olunub. Meyitlər müvafiq ekspertiza üçün Adana Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin morquna aparılıb.

Hadisədən sonra əraziyə gələn bəzi qohumların Altunbaşa məxsus avtomobili yandırdığı bildirilir.

Qeyd edək ki, Sergen Altunbaş bir müddət ailəsi ilə birlikdə ABŞ-da yaşayıb və sosial şəbəkələrdə “Amerikada viza necə alınır?” mövzusunda videolar hazırlayıb. Cütlüyün sosial mediada “viza mütəxəssisi” kimi tanındığı və bu sahədə fenomenə çevrildiyi qeyd olunur.

Digər tərəfdən, Altunbaşın aylar əvvəl sosial şəbəkə hesabında “Bir qadın səni vəzir də edər, rəzil də” başlıqlı paylaşım etdiyi məlum olub. Polis faktla bağlı araşdırmalara başlayıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385417/meshur-youtuber-iki-ovladini-oldurub-intihar-etdi-video

Mənbə: https://sonxeber.az/385417/meshur-youtuber-iki-ovladini-oldurub-intihar-etdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button