Məşhur müğənninin səhnədə pisləşdi - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Məşhur müğənninin səhnədə pisləşdi – VİDEO

Uzun müddətdir MS (Multiple Skleroz) xəstəliyi ilə mübarizə aparan məşhur müğənni Serdar Ortaç konsert zamanı səhnədə müvazinətini itirərək yerə yıxılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə zamanı yaşananlar Ortaçın pərəstişkarlarını qorxuya salsa da, sənətçinin yerdə olarkən belə mahnı oxumağa davam etməsi diqqət çəkib.

Baş verən uğursuz hadisədən sonra açıqlama verən müğənni səhhətinin yaxşı olduğunu bildirib:

“Ayağım ilişdi, ona görə yıxıldım. Yaxşıyam, çox yaxşıyam”, – deyə qeyd edib.

Müğənninin açıqlaması pərəstişkarlarını bir qədər rahatladıb. Hadisə ilə bağlı görüntülər isə qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386221/meshur-mugenninin-sehnede-pislesdi-video

Mənbə: https://sonxeber.az/386221/meshur-mugenninin-sehnede-pislesdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button