Məşhur müğənni nişanlandı - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Məşhur müğənni nişanlandı – VİDEO

Türkiyənin tanınmış müğənnisi İrem Derici şəxsi həyatı ilə gündəmə gəlib. Sənətçi sevgilisi Melih Kunukçu ilə ailə arasında təşkil olunan sadə mərasimdə nişanlanıb və bununla da evlilik yolunda ilk rəsmi addımını atıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verirki, nişan tarixini bir neçə gün öncə, 3 fevral olaraq açıqlayan İrem Derici sosial şəbəkədə etdiyi “Xahiş edirəm məni nəzarətə götürməyin, qoyun bu qız bir gün də olsa gün üzü görsün” paylaşımı ilə geniş müzakirələrə səbəb olmuşdu.

Maraqla gözlənilən mərasimdə cütlüyün nişan üzüyünü ailə böyükləri taxıb. Tədbirdən yayımlanan görüntülərdə İrem Dericinin xoşbəxtliyi və şən əhval-ruhiyyəsi diqqət çəkib.

Cütlüyün nişanı sənətçinin pərəstişkarları tərəfindən böyük maraq və müsbət reaksiyalarla qarşılanıb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386945/meshur-mugenni-nisanlandi-video

Mənbə: https://sonxeber.az/386945/meshur-mugenni-nisanlandi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button