Məşhur model bələdiyyə sədrinə marketdə rəqs edərək dəstək verdi - VİDEO - Admenasi
Maraqli

Məşhur model bələdiyyə sədrinə marketdə rəqs edərək dəstək verdi – VİDEO

Dünyaca məşhur model və aktrisa Emily Ratajkowski Nyu-Yorkun yeni bələdiyyə sədri Zohran Mamdanini dəstəkləmək məqsədilə bir marketdə rəqs etdiyi video ilə gündəmə gəlib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Ratajkowskinin “Mamdani’nin Nyu-Yorku” qeydi ilə paylaşdığı video yarım milyondan çox bəyənmə və minlərlə şərh toplayıb.

Nyu-Yorkda vəzifəsinə başlayan bələdiyyə sədri Zohran Mamdaniyə dəstək verən Ratajkowski, şəhərdə yerləşən bir marketdə çəkilən görüntülərdə Mamdani üçün rəqs etdiyi anları “Mamdani’s new york!” qeydi ilə Instagram hesabında paylaşıb. Qısa müddətdə video sosial şəbəkələrdə geniş maraq doğurub.

Qeyd edək ki, Zohran Mamdani 1 yanvar 2026-cı il tarixindən etibarən Nyu-York şəhərinin bələdiyyə sədri vəzifəsinə başlayıb.

Emily Ratajkowski iki həftə əvvəl də Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək Əbu-Dabidə bir məscidi ziyarət etmiş, məscidin içindən və çölündən çəkdiyi fotoları izləyiciləri ilə bölüşmüşdü.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385093/meshur-model-belediyye-sedrine-marketde-reqs-ederek-destek-verdi-video

Mənbə: https://sonxeber.az/385093/meshur-model-belediyye-sedrine-marketde-reqs-ederek-destek-verdi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button