Məşhur komediyaçı canlı yayımda təqlid etdiyi şəxsə yaxalandı – VİDEO

Komediyaçı İsmail Bakinin Erman Toroğlu təqlidi zamanı məşhur futbol şərhçisinin gözlənilmədən studiyaya daxil olması verilişə damğa vurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İsmail Baki qonaq olduğu “Yasemin’in Penceresi” proqramında nümayiş etdirdiyi təqlidlərlə diqqət çəkib. O, illər əvvəl Şansal Büyüka və Erman Toroğlunun apardığı “Maraton” proqramındakı dialoqları canlandırdığı anda studiyada sürpriz yaşanıb. Erman Toroğlu qəfil studiyaya daxil olaraq canlı yayıma qoşulub. Bu anlar həm studiyada, həm də ekran qarşısında olan izləyicilər arasında təəccüb və gülüş doğurub.
Erman Toroğlu bildirib ki, İsmail Bakinin onunla bağlı etdiyi təqlidləri daha əvvəl də izləyib və çox bəyənib. Toroğlunun yanında təqlidini bir daha nümayiş etdirən Baki tamaşaçılardan alqış alıb.
Veriliş zamanı danışan komediyaçı qeyd edib ki, İbrahim Hacıosmanoğlu təqlidindən sonra Türkiyə Futbol Federasiyasına dəvət alıb. Onun sözlərinə görə, Hacıosmanoğlu onu Rivadakı mərkəzdə qəbul edib və edilən təqliddən məmnun qaldığını bildirib.
Proqramda yaşanan bu səmimi və əyləncəli anlar sosial mediada da maraqla qarşılanıb.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386880/meshur-komediyaci-canli-yayimda-teqlid-etdiyi-sexse-yaxalandi-video
Mənbə: https://sonxeber.az/386880/meshur-komediyaci-canli-yayimda-teqlid-etdiyi-sexse-yaxalandi-video



