Məşhur fenomen Hande Erçelə bənzəmək üçün estetik etdirib?

Türkiyədə “Kısmetse Olur” yarışması ilə tanınan Aybüke Çangalın məşhur aktrisa Hande Erçelə bənzəmək üçün külli miqdarda pul xərclədiyi iddiası maqazin gündəminə çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, illər ərzində xarici görünüşündə etdiyi ciddi dəyişikliklərlə diqqət çəkən Çangalın estetik əməliyyatlara milyonlarla lirə sərf etdiyi irəli sürülür. Sosial şəbəkə istifadəçilərinin bir qismi isə dəyişikliklərin uğurlu olmadığını bildirərək “heç bənzəməyib” kimi şərhlər yazıb.
Bir vaxtlar qatıldığı evlilik formatlı televiziya proqramı ilə tanınan və daha sonra sosial mediada fenomen kimi məşhurlaşan Aybüke Çangal son görünüşü ilə yenidən müzakirə mövzusuna çevrilib. Onun Hande Erçelə bənzəmək məqsədilə ciddi maddi vəsait xərclədiyi barədə iddialar sosial şəbəkələrdə geniş yayılıb.
Son paylaşımlarında üz cizgilərindəki kəskin dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb. Məhz bu dəyişikliklər estetik müdaxilə iddialarını daha da gücləndirib və sosial mediada geniş müzakirələrə səbəb olub.
İddialara görə, Aybüke Çangal Hande Erçelə bənzəmək üçün estetik əməliyyatlara təxminən 10 milyon lirə xərcləyib. Bu məlumat qısa müddətdə maqazin kulislərində və sosial platformalarda sürətlə yayılıb.
Bəzi istifadəçilər Çangalın yeni görünüşünün Hande Erçeli xatırlatdığını desə də, çox sayda insan bu fikirlə razılaşmayıb. “Heç bənzəmir”, “Heç bir əlaqəsi yoxdur”, “Tamamilə başqa biri olub” kimi rəylər paylaşımların altında diqqət çəkib.
Mənbə: https://sonxeber.az/387055/meshur-fenomen-hande-ercele-benzemek-ucun-estetik-etdirib



