Şou biznes xəbərləri
Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Sağlamlıq vəziyyəti ağırlaşan məşhur türkiyəli aktyor Ufuk Özkan təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, uzun müddətdir qaraciyər çatışmazlığı və sirroz diaqnozu ilə müalicə alan aktyorun MELD balının 22-yə yüksəldiyi və ona qaraciyər transplantasiyasının zəruri olduğu bildirilib.
Ufuk Özkanın qardaşı Umut Özkan ailə adından ictimaiyyətə açıqlama verərək, müalicə prosesinin ixtisaslaşmış həkim heyəti tərəfindən yaxından izlənildiyini qeyd edib. Aktyorun səhhəti ilə bağlı yeniliklərin ictimaiyyətlə paylaşılacağı bildirilib.
Mənbə: https://sonxeber.az/385216/meshur-aktyor-xestexanaya-yerlesdirildi



