Məşhur aktrisanın qeyri-adi paylaşımı diqqət çəkdi - FOTO - Admenasi
Şou biznes xəbərləri

Məşhur aktrisanın qeyri-adi paylaşımı diqqət çəkdi – FOTO

Bir dövrün sevilən layihələrindən olan “Alemin Kralı” serialında canlandırdığı Ayben obrazı ilə geniş tamaşaçı kütləsi qazanan və uzun müddətdir televiziya layihələrində yer almayan Elvin Levinler bu dövrdə fəaliyyətini rəqəmsal platformalara yönəldib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sosial media paylaşımlarında əsasən sağlam həyat tərzinə diqqət ayıran Elvin Levinler qidalanma vərdişləri, idman rutinləri və zehni fərqindəlik mövzuları ilə ön plana çıxır. Yoqa, meditasiya, nəfəs məşqləri və təbii qidalanmanı həyatının mərkəzinə alan aktrisa bu prosesi mütəmadi olaraq izləyiciləri ilə bölüşür.

Onun son paylaşımlarından biri isə ictimaiyyətdə maraq doğurub. Üz cavanlaşdırılması və əzələlərin rahatladılması məqsədilə tətbiq olunan buccal masajını sınaqdan keçirən Levinler, masajın ağzın içindən edildiyi anları sosial media hesabında yayımlayıb. Qısa zamanda diqqət çəkən bu görüntülər alternativ baxım üsullarını yenidən gündəmə gətirib.

Mənbə: https://sonxeber.az/385309/meshur-aktrisanin-qeyri-adi-paylasimi-diqqet-cekdi-foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button