Məşhur aktrisa pankartla DİQQƏT ÇƏKDİ: "4 il oxudum ..." - Admenasi
Şou biznes xəbərləri

Məşhur aktrisa pankartla DİQQƏT ÇƏKDİ: “4 il oxudum …”

Uzun müddətdir həmkarı Nezir Çınarlı ilə birlikdə olan və bir neçə ay öncə evlilik təklifi alan Hayal Köseoğlu bu dəfə şəxsi həyatı ilə deyil, peşəsinə dair etdiyi çağırışla diqqət çəkib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur aktrisa sosial media hesabında paylaşdığı pankartla qısa zamanda gündəmə gəlib. 1,2 milyon izləyicisi olan hesabından paylaşım edən Köseoğlu, sektora ünvanladığı mesajı birbaşa və açıq şəkildə ifadə edib.

Pankartda “Dörd il aktyorluq oxudum! Mənə müstəqil layihələrdə də rol verin! Çox darıxmışam!” sözləri yer alıb. Aktrisa bu pankartla kamera qarşısına çıxaraq aktyorluğa olan sevgisini və səhnəyə qayıtmaq arzusunu göstərib.

Hayal Köseoğlunun paylaşımı yalnız pərəstişkarlarından deyil, həmkarlarından da dəstək alıb. Cemal Hünal, Elit Andaç Çam və Başak Gümülcinelioğlu Çıtanak kimi adlar paylaşımı bəyənərək aktrisaya dəstək veriblər.

Mənbə: https://sonxeber.az/386488/meshur-aktrisa-pankartla-diqqet-cekdi-4-il-oxudum

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button