Məşhur aktrisa Nevin Efe vəfat etdi - Admenasi
Şou biznes xəbərləri

Məşhur aktrisa Nevin Efe vəfat etdi

Yeşilçamın tanınmış və sevilən aktrisalarından Nevin Efe 78 yaşında dünyasını dəyişib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son olaraq “Yankı” serialında rol alan məşhur aktrisanın vəfat xəbərini onun meneceri Ayça Irgan sosial şəbəkə vasitəsilə ictimaiyyətə çatdırıb.

Əldə olunan məlumata görə, Nevin Efe bir müddət əvvəl keçirdiyi KOAH tutmasından sonra İstanbulda yerləşən Taksim İlk Yardım Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Nevin Efenin meneceri Ayça Irgan paylaşımında mərhum aktrisanın xeyirxah, zərif və ətrafına sevgi saçan bir insan olduğunu bildirib, onun gülərüzlülüyü və incə ruhu ilə hər kəsin yaddaşında qalacağını vurğulayıb.

Məşhur aktrisanın vəfatı sənət camiəsində və onu sevənlər arasında dərin hüznlə qarşılanıb.

Mənbə: https://sonxeber.az/387167/meshur-aktrisa-nevin-efe-vefat-etdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button