Məşhur aktrisa hicabını açdığını elan etdi, müzakirələrə səbəb oldu – VİDEO

Sosial media fenomeni kimi tanınan və eyni zamanda “Halef” serialında rol alan Pınar Cilit etdiyi paylaşım ilə gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Сilit sosial şəbəkə hesabında yayımladığı video vasitəsilə hicabını açdığını elan edib.
“Hayatını yaşa” qeydi ilə paylaşılan video qısa müddətdə geniş auditoriyaya çatıb. Paylaşımdan sonra sosial şəbəkə istifadəçiləri arasında fərqli fikirlər formalaşıb. Cilitin qərarı bəzi istifadəçilər tərəfindən dəstəklənsə də, digərləri tənqidi rəylər yazıblar.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386411/meshur-aktrisa-hicabini-acdigini-elan-etdi-muzakirelere-sebeb-oldu-video
Mənbə: https://sonxeber.az/386411/meshur-aktrisa-hicabini-acdigini-elan-etdi-muzakirelere-sebeb-oldu-video



