Məsciddə istilikdən istifadə etdikləri üçün yazdıqları qeyd ürəkləri isitdi - Admenasi
Maraqli

Məsciddə istilikdən istifadə etdikləri üçün yazdıqları qeyd ürəkləri isitdi

Türkiyənin Amasya vilayətinin Suluova rayonunda bir qrup sərnişinin etdiyi həssas davranış yerli sakinlərin rəğbətini qazanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə rayonun Kurnaz kənd məscidində baş verib. Məscidin imam-xətibi, 34 yaşlı Ersin Çulha məsciddə bir qeyd və yanında pul tapdıqda əvvəlcə təəccüblənib. Qeyddə yazılanlar isə onu duyğulandırıb.

Namaz qılmaq üçün məscidə gələn yolçular qeyddə belə yazıblar:
“Salamünəleyküm, hocam. Biz Tokatdan Sakaryaya gedirdik. Yolda buraya girib günorta namazını qıldıq. İstilik cihazından istifadə etdik. Ona görə də haqqınızı halal edin. Allaha əmanət olun.”

İmam Ersin Çulha bildirib ki, bu incə düşüncə onu çox təsirləndirib və bu cür davranışların cəmiyyət üçün gözəl nümunə olduğunu vurğulayıb. O, qoyulan pulu məscidin yardım qutusuna əlavə edib.

Kənd camaatından Mehmet Duman da sərnişinlərin hərəkətini yüksək qiymətləndirərək bunun həm dini, həm də insani baxımdan olduqca həssas və təqdirəlayiq addım olduğunu deyib.

Bu hadisə, kiçik bir diqqət və məsuliyyət hissinin belə insanlar arasında nə qədər böyük mənəvi dəyər yaratdığını bir daha göstərib.

Mənbə: https://sonxeber.az/387434/mescidde-istilikden-istifade-etdikleri-ucun-yazdiqlari-qeyd-urekleri-isitdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button