Məsciddə çəkilən görüntülər ürəkləri isidib – VİDEO

Türkiyənin Şırnak vilayətində cümə namazından sonra vali, hərbi rəhbərlik və bölgənin tanınmış aşirət böyüklərinin bir araya gəldiyi görüşdə səmimi və duyğulu anlar yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki,görüş əsnasında komandanlardan biri bölgənin nüfuzlu ağsaqqallarından birinə üzük hədiyyə edib. Gözlənilməz hədiyyə qarşısında kövrələn vətəndaş minnətdarlığını ifadə edərək, “Dövlətimiz var olsun” sözlərini deyib. Bu anlar tədbir iştirakçıları tərəfindən alqışla qarşılanıb.
Ortaya çıxan səmimi görüntülər son günlər Suriyada baş verən hadisələr üzərindən ölkə daxilində qarşıdurma yaratmaq istəyən dairələrə ən gözəl cavab kimi qiymətləndirilib. Video sosial şəbəkələrdə qısa zamanda geniş yayılaraq çoxsaylı müsbət rəylər toplayıb.
Paylaşıma yazılan şərhlər arasında “Gənclər pırıl-pırıl, böyüklər isə təcrübəli və ata kimi”, “Allah birliyimizi daim etsin”, “Millət və dövlət əl-ələ”, “Bu soyuqda içimizi isidən görüntülər”, “Nə gözəl mənzərə… Ağsaqqalın ‘dövlətimiz var olsun’ deməsi necə də səmimi idi”, “İnsanların üzündəki xoşbəxtlik hər şeyi izah edir” kimi ifadələr yer alıb.
Hadisə bir daha dövlət və xalq arasındakı qarşılıqlı etimadın və həmrəyliyin bölgədə möhkəm əsaslara söykəndiyini göstərib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385980/mescidde-cekilen-goruntuler-urekleri-isidib-video
Mənbə: https://sonxeber.az/385980/mescidde-cekilen-goruntuler-urekleri-isidib-video



