Mənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət - Admenasi
Sosial

Mənzurə Musayevadan qardaşının vəzifədən azad olunmasına münasibət

Müğənni Mənzurə Musayeva qardaşının vəzifədən azad olunmasına münasibət bildirib.

Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, qardaşı Mətləb Musayev Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifəsindən öz ərizəsi əsasında çıxıb:

“Ona xəstəxanada şöbə müdiri vəzifəsi təklif ediblər. Razı olmayıb. Bundan sonra qardaşım adi həkim olaraq işinə davam edəcək”.

Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev vəzifəsindən azad edilib.

Mənbə: https://sonxeber.az/385195/menzure-musayevadan-qardasinin-vezifeden-azad-olunmasina-munasibet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button