Sosial
Məktəblərdə 5 gün dərs olmayacaq – Bu tarixlərdə…

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.
Qaynarinfo-nun məlumatına görə, 2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.
Mənbə: https://sonxeber.az/384586/mekteblerde-5-gun-ders-olmayacaq-bu-tarixlerde



