Məkkədə ayaqyolunda gördüyü şeyə heyran qaldı: "Evimə də quraşdıracam" - VİDEO - Admenasi
Maraqli

Məkkədə ayaqyolunda gördüyü şeyə heyran qaldı: “Evimə də quraşdıracam” – VİDEO

Məkkədə gördüyü taharet musluğu sosial mediada müzakirə yaratdı

Məkkəyə səfəri zamanı ayaqyolunda gördüyü təmizlik kranını “çox funksional və rahat” hesab edən bir qadının videosu sosial mediada gündəm olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qadın, Türkiyədə də təmizlik kranı olduğunu, lakin bu cür sistemin olmadığını deyərək, eynisini öz evinə də quraşdırmaq istədiyini bildirib.

Qısa zamanda geniş yayılaraq sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntülər müxtəlif reaksiyalarla qarşılanıb. Paylaşımın altına yazılan bəzi şərhlərdə belə ifadələr yer alıb:

“Bax, nə gözəl dərdlər var.”
“Bu sistem Türkiyədə də illərdir mövcuddur.”
“Bunu ilk dəfə görməsi doğrudan da təəccüblüdür…”
“Allah ona ağıl versin.”

Video sosial mediada həm zarafatla, həm də tənqidlə qarşılanaraq trend mövzular arasına düşüb.

Video ucun menbeyey baxin: https://sonxeber.az/384857/mekkede-ayaqyolunda-gorduyu-seye-heyran-qaldi-evime-de-qurasdiracam-video

Mənbə: https://sonxeber.az/384857/mekkede-ayaqyolunda-gorduyu-seye-heyran-qaldi-evime-de-qurasdiracam-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button