Məhkəmədə silahlı hücumun qarşısını alan çayçı danışdı: "Əvvəl zarafat zənn etdim" - VİDEO - Admenasi
Hadise

Məhkəmədə silahlı hücumun qarşısını alan çayçı danışdı: “Əvvəl zarafat zənn etdim” – VİDEO

İstanbul Regional Apellyasiya Məhkəməsində baş verən silahlı hücumla bağlı hadisənin qarşısını alan məhkum çayçı Yakup Karadağ açıqlama verib. O, Respublika prokuroru Məhəmməd Çağatay Kılıçarslanın hakim Aslı Kahramanı ikinci dəfə vurmasına mane olduğunu bildirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbul Regional Apellyasiya Məhkəməsində qeydə alınıb. Məlumata görə, Respublika prokuroru Məhəmməd Çağatay Kılıçarslan məhkəmənin üzvü olan hakim Aslı Kahramana onun otağında silahla atəş açıb. Hücum zamanı prokuror ikinci dəfə atəş açmaq istədiyi anda məhkəmədə çalışan məhkum çayçı Yakup Karadağ müdaxilə edərək hadisənin qarşısını alıb.

Baş verənləri NTV-yə danışan Yakup Karadağ bildirib ki, ilk anda vəziyyəti ciddiyə almayıb:
“Boş fincanları götürmək üçün otağa girmişdim. O vaxt hakim xanım məndən kömək istədi. Əvvəlcə məhkəmədə hakimə kimsə hücum edə biləcəyini düşünmədim, zarafat olduğunu zənn etdim. Hadisənin ciddiliyini tam anlayanda dərhal müdaxilə etdim”.

Karadağ cəmiyyətdə məhkumlara qarşı mənfi düşüncələrin mövcud olduğunu da vurğulayıb:
“Biz məhkumuq və istər-istəməz həyata 1-0 geridən başlayırıq. Amma bəzən məhkumlar da yaxşı işlər görə bilirlər, bəzi fəlakətlərin qarşısını ala bilirlər. Biz də cəmiyyət üçün faydalı ola bilərik. Bu yöndə səy göstərəcəyimizə heç kimin şübhəsi olmasın”.

Digər tərəfdən, silahlı hücum nəticəsində yaralanan hakim Aslı Kahramanın müalicədən sonra xəstəxanadan buraxıldığı bildirilib. Hücumu törədən prokuror Məhəmməd Çağatay Kılıçarslan isə “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə həbs edilib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385420/mehkemede-silahli-hucumun-qarsisini-alan-cayci-danisdi-evvel-zarafat-zenn-etdim-video

Mənbə: https://sonxeber.az/385420/mehkemede-silahli-hucumun-qarsisini-alan-cayci-danisdi-evvel-zarafat-zenn-etdim-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button