Hadise
Lisey şagirdini döyərək xəstəxanalıq edən 4 nəfər həbs edildi

Eskişehirdə yerləşən liseylərin birində 11-ci sinif şagirdi dörd yaşıdı tərəfindən döyülüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aldığı ağır zərbələr nəticəsində şagirdin çənə sümüyü və onurğa nahiyəsi sınıb, o, təcili şəkildə əməliyyata aparılıb. Həkimlər tərəfindən çənəsinə platin yerləşdirildiyi bildirilib.
Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində 18 yaşına çatmayan dörd nəfər saxlanılıb. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Baş verən olay ictimaiyyətdə ciddi narahatlıq doğurub, məktəblərdə şagirdlər arasında zorakılıq mövzusu yenidən gündəmə gəlib.
Mənbə: https://sonxeber.az/387179/lisey-sagirdini-doyerek-xestexanaliq-eden-4-nefer-hebs-edildi



