Lavrov Çin-Tayvan münaqişəsi halında Rusiyanın hansı tərəfi dəstəkləyəcəyini açıqlayıb - Admenasi
Xeberler

Lavrov Çin-Tayvan münaqişəsi halında Rusiyanın hansı tərəfi dəstəkləyəcəyini açıqlayıb

“Rusiya Tayvan boğazında vəziyyətin pisləşəcəyi təqdirdə, dövlət birliyinin və ərazi bütövlüyünün qorunması məsələlərində Çinə dəstək verməyə hazırdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Çin arasında 2001-ci ildə imzalanmış “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqaviləyə əsasən, bu kimi hallarda qarşılıqlı dəstək nəzərdə tutulur.

Rusiya Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və onu Çinin ayrılmaz hissəsi kimi tanıyır. Tayvan məsələsi Çinin daxili işidir. Pekinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qanuni əsasları var”, – deyə Sergey Lavrov vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button