Küveytin hava hücumundan müdafiə sistemləri nəticəsində vurulan 3 ABŞ təyyarəsindən hərbçilərin xilası və vətəndaşın ona köməyi – VIDEO

Yaxın Şərqdə gərginlik davam etdiyi bir vaxtda Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulan 3 ABŞ hərbi təyyarəsi olduğu bildirilib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, insident nəticəsində təyyarələrdə olan 6 nəfərlik heyətin hamısı xilas ola bilib. Paraşütlə yerə enən ABŞ hərbçilərindən birinin yanına qaçan Küveyt vətəndaşının ona təşəkkür etdiyi anlar kameralar tərəfindən qeydə alınıb.
Görüntülərdə Küveytli mülki şəxsin hərbçiyə “Bizə kömək etdiyiniz üçün təşəkkür edirik” dediyi əks olunub. Həmin kadrlar qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmanın aparıldığı bildirilib.
İlkin məlumata əsasən, təyyarələrin səhv identifikasiya edilməsi nəticəsində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu ehtimal edilir. Regionda artan hərbi gərginlik fonunda baş verən insident təhlükəsizlik məsələlərini bir daha gündəmə gətirib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/389263/vurulan-herbi-teyyareden-xilas-olan-abs-esgerinin-yanina-qacdi-tesekkur-etdi-video



