Küçədə qalan dostuna evində yer verdi, başına gəlməyən qalmadı - VİDEO - Admenasi
Hadise

Küçədə qalan dostuna evində yer verdi, başına gəlməyən qalmadı – VİDEO

Antalyada yaşayan 36 yaşlı Tarık Bakır, 20 illik dostunun küçədə qalmasına biganə qalmayaraq onu nənəsi ilə yaşadığı evə gətirdi. Lakin yaxşı niyyətlə atılan bu addım gözlənilməz hadisələrlə nəticələndi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, iddiaya görə, Bakır işlərini həll etməsi üçün dostuna elektrikli velosipedini verib və 87 yaşlı nənəsini evdə tək qoyub. Həmin şəxs isə fürsətdən istifadə edərək evdə olan bəzi elektron əşyalarla birlikdə yoxa çıxıb.

Hadisədən sonra böyük şok yaşayan Tarık Bakır, həm nənəsinin təhlükəsizliyi, həm də itirilən əşyalarla bağlı aidiyyəti qurumlara müraciət edib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Yaşanan hadisə, yaxşı niyyətin bəzən sui-istifadə edilə biləcəyini bir daha gündəmə gətirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385397/kucede-qalan-dostuna-evinde-yer-verdi-basina-gelmeyen-qalmadi-video

Mənbə: https://sonxeber.az/385397/kucede-qalan-dostuna-evinde-yer-verdi-basina-gelmeyen-qalmadi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button