Küçədə çılpaq gəzən şəxs polis tərəfindən saxlanıldı - VİDEO - Admenasi
Hadise

Küçədə çılpaq gəzən şəxs polis tərəfindən saxlanıldı – VİDEO

Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda 50 yaşlarında bir kişi gündüz saatlarında küçədə tam çılpaq halda gəzdiyi üçün polis tərəfindən saxlanılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Hürriyet məhəlləsində baş verib. Psixoloji problemləri olduğu ehtimal edilən A.M. adlı şəxs küçədə çılpaq şəkildə dolaşaraq ətrafdakıların narazılığına səbəb olub. Vətəndaşların məlumatı əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Polis əməkdaşları şəxsi nəzarət altına almağa çalışarkən, A.M. uyğun olmayan hərəkətlərini davam etdirib. Hadisəni görən sakinlər evlərindən və küçədən ona etiraz ediblər.

Polis tərəfindən üzərinə şalvar geyindirildikdən sonra A.M. saxlanılaraq polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Video ucun menbeyey baxin: https://sonxeber.az/386216/kucede-cilpaq-gezen-sexs-polis-terefinden-saxlanildi-video

Mənbə: https://sonxeber.az/386216/kucede-cilpaq-gezen-sexs-polis-terefinden-saxlanildi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button