“Kristal”ın “Park Yasamal” layihəsindən mənzil alan vətəndaşın evinə buraxılmaz

“Kristal” şirkətinin “Park Yasamal” layihəsində qoçu dəstəsi fəaliyyət göstərir, oradan mənzil alan vətəndaşlara qarşı kobud davranırlar. AFN.az xəbər verir ki, bu barədə həmin yaşayış kompleksindən mənzil alan Nicat Mirqasımov (qeyd: təxəllüs qeyd edilib) bildirib.
O, hesab edir ki, mənzilin hazır olmadığını deyirlər, amma 2024-cü ilin mayında ilkin ödəniş edib mənzil almışdı: “Mənə deyilib ki, mənzil tam təmirli formada 2025-ci ilin 3-cü rübündə təqdim ediləcək. Lakin həmin vaxtda çatmadı, dedilər dekabra çatacaq, o da olmadı.”
Nicat Mirqasımov son 1 ay əvvəl mənzilinə baxmaq üçün kompleksə yaxınlaşsa da, ona icazə verməyiblər. O, deyir ki, təhlükəsizlik qaydaya görə keçdi vaxtlarda içəri girməyə icazə verirdilər: “Anar, Yaşar, Elnur adlı 3 nəfər yaxınlaşdılar, dedilər gedək kaska verək. Təhlükəsizlik otağına gələndə isə kaska verməkdən imtina etdilər. Onların kobudluğuna cavab olaraq mən də etiraz edib içəri girdim. Bundan sonra aranızda mübahisə yarandı. Dedim mənzil mənimdir, girib baxmağa icazə verilməlidir.”
Həmin vətəndaş dünən təzədən mənzilinə baxış keçirmək üçün şirkətə yaxınlaşsa da, bu dəfə də ona icazə verilməyib. O, açıqlayır ki, mənzilinə buraxılmır, çünki rəhbərlik tərəfindən onun üçün qadağa qoyub: “Təsəvvür edin, hazırda ipoteka ödəyirəm o mənzilə, amma qadağa qoyulub girə bilmirəm.”
Layihənin rəhbərinin müavini vəzifəsində olan Yaşar adlı şəxs isə deyir ki, mənzil alan vətəndaşlara buraxılış icazə kağızı verir, o kağız mühafizə xidmətinə təqdim olunur və vətəndaşa kaska verilir. AFN.az-nın məlumatına əsasən, həmin sakinin mənzilə buraxılmaması qaydaya görədir.



