Kot-d'İvuarda sərnişin daşıyan yük maşını qəzaya uğrayıb: 14 ölü, 21 yaralı - Admenasi
Dunyada

Kot-d’İvuarda sərnişin daşıyan yük maşını qəzaya uğrayıb: 14 ölü, 21 yaralı

Kot-d’İvuarın Kabaduqu bölgəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb.

Oxu.Az bildirir ki, bu barədə ölkənin Nəqliyyat və Dəniz İşləri Nazirliyi “Facebook” səhifəsində məlumat verib.

Qurumun bəyanatında qeyd olunur ki, taxıl məhsullarının daşınması üçün nəzərdə tutulan və qanunsuz olaraq sərnişin daşıyan yük avtomobili qəzaya düşüb.

Nazirlik “yollardakı biabırçılığı dayandırmaq” üçün ölkənin yol polisi əməkdaşlarını bu növ qayda pozuntularına qarşı daha sərt olmağa çağırıb.

Mənbə: https://sonxeber.az/386769/kot-divuarda-sernisin-dasiyan-yuk-masini-qezaya-ugrayib-14-olu-21-yarali

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button