Konyalı qadının sözləri gündəm oldu: "Bizim günahımız nədir?" - VİDEO - Admenasi
Hadise

Konyalı qadının sözləri gündəm oldu: “Bizim günahımız nədir?” – VİDEO

Türkiyənin Konya şəhərində bir vətəndaş təbii qaz ödənişlərinin kəskin artmasına etiraz edərək məsələni gündəmə gətirib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o, təbii qaz şirkətlərinə müraciət edərək son aylarda göndərilən hesabların ikiqat artdığını bildirib və bunun səbəbinin açıqlanmasını istəyib.

Narazılığını mesaj vasitəsilə ifadə edən vətəndaş, “Təbii qaz şirkətlərinə sual verirəm: Hesabları niyə ikiqat artırmısınız? Konya nəyə görə cəzalandırılır?” sözləri ilə etirazını dilə gətirib.

Problemin yalnız öz ailəsinə aid olub-olmadığını araşdırmaq üçün ətrafındakı insanlarla da əlaqə saxladığını deyən vətəndaş, “Səhərdən bəri 10 nəfərə mesaj yazmışam ki, görüm problem bizdədir, ya yox. Hamısına ikiqat hesab gəlib”-, deyə bildirib.

Onun sözlərinə görə, oxşar şikayətlər bir çox Konya sakini tərəfindən də səsləndirilir. Sosial mediada da geniş müzakirə olunan bu məsələ qısa zamanda gündəmin əsas mövzularından birinə çevrilib. Vətəndaşlar təbii qaz qiymətlərindəki artımla bağlı rəsmi qurumlardan açıqlama gözləyirlər.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385145/konyali-qadinin-sozleri-gundem-oldu-bizim-gunahimiz-nedir-video

Mənbə: https://sonxeber.az/385145/konyali-qadinin-sozleri-gundem-oldu-bizim-gunahimiz-nedir-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button