Dunyada
Kolumbiya Venesuela ilə sərhədə ordu yığır

Kolumbiya hakimiyyəti ölkənin Təhlükəsizlik Şurasının iclasından sonra Venesuela ilə sərhədə silahlı qüvvələrini yerləşdirmək qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro öz “X” hesabında paylaşım edib.
“Qaçqınların axın etmələri halına qarşı sərhədə silahlı qüvvələr, eləcə də bütün mövcud resurslar göndərilir”, – deyə o yazıb.
Mənbə: https://sonxeber.az/384327/kolumbiya-venesuela-ile-serhede-ordu-yigir



