Şou biznes xəbərləri
“Kızılcık Şerbeti”nin “Fatih”i saxlanılıb

Türkiyədə məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik əməliyyatları davam etdirilir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, İstanbul mərkəzli istintaq zamanı bu dəfə məşhur “Kızılcık Şerbeti” serialında rol alan aktyor Doğukan Güngör saxlanılıb.
Hüquq-mühafizə orqanları tərəfindən məşhurlara qarşı narkotik və fahişəlik iddiaları üzrə aparılan araşdırma çərçivəsində ümumilikdə 26 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.
Gecə saat 01:00 radələrində İstanbul başda olmaqla 4 fərqli vilayətdə eyni vaxtda keçirilən əməliyyat nəticəsində 23 şübhəli gözaltına alınıb.
Mənbə: https://sonxeber.az/384535/kizilcik-serbetinin-fatihi-saxlanilib



