KİV: Xamenei Tehranda yeraltı bunkerdə gizlənir - Admenasi
Dunyada

KİV: Xamenei Tehranda yeraltı bunkerdə gizlənir

İranın ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən hücum edilməsi ilə bağlı artan narahatlıqlar fonunda Tehrandakı xüsusi yeraltı sığınacağa köçüb.

“Report” xəbər verir ki, bu iddia “Iran International”da yayılıb.

Qeyd olunub ki, bu qərar yüksək rütbəli hərbçilərin ABŞ tərəfindən potensial hücum riskinin artdığını qiymətləndirməsindən sonra qəbul edilib. Obyekt bir-biri ilə əlaqəli tunelləri olan möhkəmləndirilmiş kompleks kimi təsvir edilir.

Həmçinin bildirib ki, Xameneinin üçüncü oğlu Məsud liderin ofisinin gündəlik idarə edilməsini öz üzərinə götürüb.

Mənbə: https://sonxeber.az/386147/kiv-xamenei-tehranda-yeralti-bunkerde-gizlenir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button