KİV: ABŞ İranla bağlı planlarını Fars körfəzindəki müttəfiqləri ilə bölüşməyib - Admenasi
Dunyada

KİV: ABŞ İranla bağlı planlarını Fars körfəzindəki müttəfiqləri ilə bölüşməyib

Körfəz ölkələri Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yüksəksəviyyəli görüşlər zamanı Vaşinqtonun İranla bağlı məqsəd və planlarını müəyyən edə bilməyiblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Fox News” kanalı Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası ölkələrindən birinin rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda keçirilən məsləhətləşmələrə baxmayaraq, ABŞ Administrasiyası İranla bağlı məqsədlərini və ya planlarını Fars körfəzindəki müttəfiqləri ilə bölüşməyib.

Mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı hava məkanının iştirak etmədiyi müharibə üçün istifadəsinə icazə verməyəcək.

Mənbə: https://sonxeber.az/386673/kiv-abs-iranla-bagli-planlarini-fars-korfezindeki-muttefiqleri-ile-bolusmeyib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button