“Kim Milyoner Olmaq İstər”də şok: İştirakçı cəmi 2 dəqiqədə yarışmanı tərk etdi – VİDEO

Türk kanallarının birində yayımlanan “Kim Milyoner Olmaq İstər” proqramında maraqlı anlar yaşanıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yarışmaya qatılan Selin adlı iştirakçı, hələ ilk sualda verdiyi yanlış cavab səbəbindən yarışmadan kənarlaşdırıldı.
İlk sual, 2 min manatlıq qiyməti ilə “Yarısı 4 olan rəqəmin yarısı neçədir?”. Cavab variantları A) 8, B) 4, C) 2, D) 1 şəklində təqdim olunmuşdu. İştirakçı biraz düşündükdən sonra C) 2 cavabını seçdi. Lakin düzgün cavab 4 olduğundan, Selin proqramı mükafat qazanmadan tərk etdi.
Proqramda iştirakçının yaşadığı həyəcanı vurğulayan aparıcı Oktay Kaynarca, stüdyo atmosferinin yarışmacılar üzərində ciddi təzyiq yaratdığını və bunun səbəbindən sadə suallarda belə səhvlərin baş verə biləcəyini bildirdi.
Video ucun menbeyey baxin: https://sonxeber.az/386006/kim-milyoner-olmaq-isterde-sok-istirakci-cemi-2-deqiqede-yarismani-terk-etdi-video



