Katy Perrydən rekord qonorar: Dəqiqədə 300 min dollar qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Joy Awards” mərasimi bu il mükafatlardan daha çox səhnəyə çıxan ulduzun qazancı ilə gündəmə gəlib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, dünya şöhrətli pop ulduzu Katy Perry-nin tədbirdə təqdim etdiyi təxminən 30 dəqiqəlik çıxış qarşılığında 10 milyon dollar aldığı iddiası sosial mediada və beynəlxalq mətbuatda geniş rezonans doğurub.
Aparılan hesablamalara əsasən, müğənninin bu çıxışı ona dəqiqədə təxminən 300 min dollar qazandırıb. Qeyd edək ki, rəsmi mənbələr tərəfindən məbləğ hələ təsdiqlənməsə də, yayılan məlumatlar şou-biznes tarixində ən yüksək qonorarlardan biri kimi dəyərləndirilir.
Joy Awards mərasimi son illər ərzində beynəlxalq səviyyəli ulduzların iştirakı ilə diqqət çəkir və Səudiyyə Ərəbistanının əyləncə sektoruna yatırımlarının artdığını bir daha nümayiş etdirir.
Mənbə: https://sonxeber.az/385798/katy-perryden-rekord-qonorar-deqiqede-300-min-dollar-qazandi



