"Kanon" aptek vətəndaşlara xarab uşaq qidası satır - ŞİKAYƏT - Admenasi
Sosial

“Kanon” aptek vətəndaşlara xarab uşaq qidası satır – ŞİKAYƏT

Bakıda valideyn aldığı uşaq qidası ilə bağlı aptekdən şikayətçidir.

Sonxeber.az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.

Paytaxtın 7-ci mikrorayon ərazisində yerləşən “Kanon” aptekdən “Kendamil 1” markalı uşaq qidası aldığını bildirən valideyn məhsulla bağlı problem yaşadığını deyir. Onun sözlərinə görə, məhsulun istifadə müddəti bitməsə də, qida hazırlanarkən içərisində düyürlər əmələ gəlir və bu hal körpə üçün təhlükə yarada bilər.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı aptekə müraciət edib. Aptek əməkdaşları məhsulu yoxladıqdan sonra problemin mövcud olduğunu təsdiqləyiblər və müdiriyyətə məlumat veriləcəyini, böyük ehtimalla pulun geri qaytarılacağını bildiriblər.

Lakin aradan üç gün keçdikdən sonra valideynə zəng edilərək məhsulun geri qaytarılmasının mümkün olmadığı deyilib. Bu qərardan narazı qalan vətəndaş məsələ ilə bağlı hara müraciət edə biləcəyini soruşur.

Məsələ ilə bağlı sözügedən apteklə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

Mənbə: https://sonxeber.az/387063/kanon-aptek-vetendaslara-xarab-usaq-qidasi-satir-sikayet

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button