Kanadanın baş naziri Qəzza Sülh Şurasına qoşulmağa razılaşıb - Admenasi
Dunyada

Kanadanın baş naziri Qəzza Sülh Şurasına qoşulmağa razılaşıb

Kanada Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb.

Ağ Evin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, Trampın sədrlik etdiyi Sülh Şurasına onun xüsusi elçisi Stiven Uitkoff, ABŞ liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Toni Bleyer, “Apollo Global Management” investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının rəhbəri Acay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil olacaqlar.

Mənbə: https://sonxeber.az/385589/kanadanin-bas-naziri-qezza-sulh-surasina-qosulmaga-razilasib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button