Kamilin efirdə KÖVRƏK ANLARI - Canlı yayım zamanı ONDAN ZƏNG GƏLDİ - VİDEO - Admenasi
Şou biznes xəbərləri

Kamilin efirdə KÖVRƏK ANLARI – Canlı yayım zamanı ONDAN ZƏNG GƏLDİ – VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı “Rəngarəng” verilişinin canlı efirində duyğulu anlar yaşayıb.

Canlı yayım zamanı Kamil Zeynallıya qızı tərəfindən zəng gəlib. İdmançı zəngi cavabsız qoymayaraq, qızı ilə birbaşa efirdə danışıb. Ata ilə övlad arasında baş tutan səmimi söhbət studiyada və ekran qarşısında olan izləyicilərin diqqətini çəkib.

Qızı ilə danışarkən kövrələn Kamil Zeynallının duyğusal anları verilişə xüsusi rəng qatıb. Onun ata kimi nümayiş etdirdiyi sevgi və qayğı izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda müsbət rəylər toplayıb. İzləyicilər Kamil Zeynallının qızı ilə olan münasibətini təqdir edərək, bu anları nümunəvi ata-övlad münasibəti kimi dəyərləndiriblər.(Milli.Az)

Video ucun menbeyey baxin: https://sonxeber.az/384363/kamilin-efirde-kovrek-anlari-canli-yayim-zamani-ondan-zeng-geldi-video

Mənbə: https://sonxeber.az/384363/kamilin-efirde-kovrek-anlari-canli-yayim-zamani-ondan-zeng-geldi-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button