Sosial
Kəmalə Ağazadə xəstəxanaya niyə yerləşdirilib?

Hüquq müdafiəçisi Kəmalə Ağazadənin səhhətində problem yaranıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Sədr Sabunçu Tibb Mərkəzinə yerləşdirildiyini bildirib:
“Səhhətimdə qəfildən problem yaranıb. İlkin olaraq təsdiqlənməmiş pnevmoniya diaqnozu təyin edilib. Amma müayinə davam edir, analizlərin nəticələri bu gün açıqlanmalıdır”.
Sədr hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.
Mənbə: https://sonxeber.az/385887/kemale-agazade-xestexanaya-niye-yerlesdirilib



