İtkin düşmüş qadının meyiti tapıldı - Admenasi
Hadise

İtkin düşmüş qadının meyiti tapıldı

Muğlanın Menteşe rayonunda itkin düşən Ömriye Dumanın meyiti ağacdan asılmış vəziyyətdə tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Karabağlar Yaylasının Gökkıble adlanan ərazisində baş verib. Bölgə sakinləri bir qadının ağacdan asılı vəziyyətdə olduğunu görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yağış səbəbindən yolun bağlanması xilasedicilərin əraziyə çatmasını çətinləşdirib. Bu səbəbdən AFAD və bələdiyyə əməkdaşlarından kömək istənilib. Xüsusi texnika vasitəsilə yol açıldıqdan sonra qruplar hadisə yerinə çata biliblər. Tibb işçilərinin ilkin baxışı zamanı ağacdan asılı vəziyyətdə olan qadının həyatını itirdiyi müəyyən edilib.

Polisin apardığı araşdırma zamanı meyitin bir gündür itkin düşmüş kimi axtarılan 46 yaşlı Ömriye Dumana aid olduğu təsdiqlənib. İlkin araşdırmalarda onun intihar etdiyi ehtimalı nəzərdən keçirilir.

Mənbə: https://sonxeber.az/386578/itkin-dusmus-qadinin-meyiti-tapildi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button