İsveçdə tüğyan edən qasırğa nəticəsində iki nəfər ölüb

İsveçdə tüğyan edən “Yohannes” qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb.
“Report” xəbər verir ki, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.
Ölkənin böyük hissəsində güclü küləklər əsir. Bəzi bölgələrdə küləyin sürəti saniyədə 45 metri ötürüb.
Aşmış ağaclar magistral və yerli yolarda çoxsaylı tıx aclara səbəb olub.
“Yalnız mərkəzi İsveçdə mindən çox ağac aşıb, bəzi yerlərdə hətta təmizləmə işləri ilə məşğul olanlar üçün təhlükəli olduğundan işləri dayandırmışıq”, – demişdir Nəqliyyat İdarəsinin nümayəndəsi Denni Erikson. Qurum sürücüləri fırtına səngiyənə qədər evdə qalmağa çağırmışdır.
Şimaldakı Sundsvall şəhərinin mərkəzində otellərdən birinin damının bir hissəsi uçub. Güclü külək həmçinin krallığın əsas Milad rəmzlərindən birini – Stokholmdan 175 km şimal-qərbdə yerləşən Yevle şəhərinin mərkəzində quraşdırılan nəhəng saman keçini aşıb.
Hələ qasırğadan əvvəl Nəqliyyat İdarəsi ölkənin mərkəzi və şimal hissələrində qatarların hərəkətinin ləğv etdiyini açıqlamışdır. Əlverişsiz hava şəraiti səbəbindən bir neçə istiqamətdə dəniz bərələrinin reysləri də təxirə salınıb.