İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi - Admenasi
Dunyada

İsveç Ukraynaya silah alışı üçün 100 milyon dollar verdi

İsveç hökuməti Ukrayna üçün ABŞ istehsalı olan silahların alınmasını hədəfləyən PURL təşəbbüsünə 100 milyon dollar verib.

Oxu.Az xəbər verir ki, məlumatı İsveç hökumətinin mətbuat xidməti yayıb.

Bu ödəniş Böyük Britaniya, Norveç və Niderlandın iştirakı ilə formalaşdırılan ümumi məbləği 500 milyon dollar olan birgə hərbi yardım paketinin bir hissəsidir.

Niderland Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, toplanan vəsaitin Ukrayna ordusu üçün vacib avadanlıqların, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin, artilleriya mərmilərinin, “F-16” qırıcı təyyarələri üçün havadan atılan sursatların və zəruri ehtiyat hissələrinin alınmasına istifadə edilməsi planlaşdırılır.

Mənbə: https://sonxeber.az/387913/isvec-ukraynaya-silah-alisi-ucun-100-milyon-dollar-verdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button