İsveç Ukraynanın sanksiyalar siyahısında olan gəmini SAXLADI - Admenasi
Dunyada

İsveç Ukraynanın sanksiyalar siyahısında olan gəmini SAXLADI

İsveç Sahil Mühafizəsi Qvineya bayrağı altında Sankt-Peterburqa üzən “Caffa” yükdaşıyan gəmisini saxlayıb. Gəmi Ukraynanın sanksiyalar siyahısındadır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “SVT” nəşri məlumat verib.

“Qara qəhvə” adlandırılan əməliyyat Baltik dənizində, Trelleborq sahillərində gerçəkləşdirilib. Əməliyyatda vertolyotlardan istifadə edilib və onlardan biri yük gəmisinə eniş edib, bundan sonra təhlükəsizlik qüvvələri gəminin göyərtəsinə daxil olublar.

Hazırda gəmi barəsində istintaq tədbirləri davam etdirilir. Ukrayna hakimiyyət orqanlarının versiyasına görə, gəmi Krımdan taxıl oğurluğunda iştirak edib. İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin izah edib ki, gəminin sığortasız olduğuna dair şübhələr var. Həmçinin iddia edilir ki, gəmi kölgə donanmasına aid bir çox xüsusiyyətlərə malikdir.

“Bildirilir ki, hələ bu yay gəmi bayrağını Rusiyadan Qvineya bayrağına dəyişdirib. Kölgə donanmasının yaratdığı ciddi təhlükəni nəzərə alaraq, hökumət aktiv əks-tədbir görməyi zəruri hesab edir”, – deyə Bolin “X” hesabında yazıb.

Qərb ölkələri hesab edirlər ki, kölgə donanması deyilən bu donanmanın gəmiləri Rusiya tərəfindən sanksiyalardan yayınmaqla neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın daşınması üçün istifadə edilir. Rusiya hakimiyyəti sanksiyaları qanunsuz adlandırır və onların ləğvini tələb edir. Prezident Vladimir Putin xəbərdarlıq edib ki, kölgə donanmasına qarşı tədbirlər də daxil olmaqla, Rusiyaya zərər vurma cəhdləri ilk növbədə bu cür hərəkətlərin təşəbbüskarları üçün problemlərə gətirib çıxaracaq.

Mənbə: https://sonxeber.az/389632/isvec-ukraynanin-sanksiyalar-siyahisinda-olan-gemini-saxladi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button