İştirakçının cavabı aparıcını da təəccübləndirdi: "Şokdayam" - VİDEO - Admenasi
Şou biznes xəbərləri

İştirakçının cavabı aparıcını da təəccübləndirdi: “Şokdayam” – VİDEO

Türkiyədə, ATV-də yayımlanan məşhur bilik yarışması “Kim Milyoner Olmak İster” verilişinin 11 yanvar bazar axşamı efirə gedən buraxılışında yadda qalan anlar yaşanıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, verilişdə iştirak edən namizəd üçüncü sualda yol verdiyi səhv səbəbindən oyuna erkən vida edib. Sualı yanlış şərh edən iştirakçı düzgün cavabı tapa bilməyərək üçüncü mərhələdə yarışmanı tərk edib. Bu hadisə buraxılışın ən çox müzakirə olunan məqamlarından biri olub.

İştirakçıya “İstifadəsi rahat və asan olan əşyalar üçün işlədilən ifadə hansıdır?” sualı ünvanlanıb. Sualı yenidən oxumasına baxmayaraq, düzgün cavab olan “sport” variantı əvəzinə “fəlsəfə” cavabını seçən iştirakçı səhv cavaba görə yarışmadan kənarlaşdırılıb.

Verdiyi cavaba özü də təəccüblənən iştirakçı, “Hazırda şokdayam” ifadəsini işlədib. Verilişin aparıcısı Oktay Kaynarca isə onun sözlərinə “Mən də” deyə cavab verərək yaşananlara reaksiyasını bildirib.

Video ucun menbeyey baxin: https://sonxeber.az/385103/istirakcinin-cavabi-aparicini-da-teeccublendirdi-sokdayam-video

Mənbə: https://sonxeber.az/385103/istirakcinin-cavabi-aparicini-da-teeccublendirdi-sokdayam-video

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button