Dunyada
İstanbulda terror aktının qarşısı alındı: Dörd şübhəli saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanları İstanbulda terror aktı həyata keçirməyi planlaşdıran dörd nəfəri saxlayıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçən şəxslər terror təşkilatı kimi tanınan İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP-C) üzvüdürlər.
Məlumata görə, sözügedən terrorçuların İstanbulun bir sıra strateji yerlərində silahlı və bombalı hücumlar hazırladığı müəyyən edilib.
Xəbərdə bildirilir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis tərəfindən birgə keçirilən əməliyyat zamanı dörd şübhəli şəxs saxlanılaraq nəzarətə alınıb.
Mənbə: https://sonxeber.az/388785/istanbulda-terror-aktinin-qarsisi-alindi-dord-subheli-saxlanildi



