İsrail ordusu İranın kəşfiyyat rəhbərinin və nazir müavininin öldüyünü bəyan etdi

Oxu.Az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katsin açqlamalarına əsasən, İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana qabaqlayıcı zərbə endirdikdən sonra İslam Respublikasının kəşfiyyat nazirliyinə zərbə endirdiyini bəyan edib.
SAXAL məlumat yayıb ki, hücum zamanı İranın Kəşfiyyat Nazirliyinin baş nazir müavini Seyid Yəhya Həmidi və kəşfiyyat agentliyinin rəisi Cəlal Fur Hüseyn öldü.
SAXAL bəyan edib ki, nazirliyə zərbələr zamanı başqa əməkdaşlar arasında da ölən və yaralananlar var.
Xatırladasaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.



